Code Academy
Ana səhifə
/
/
/
İş təminatlı Front-End üzrə Bootcamp

İş təminatlı Front-End üzrə Bootcamp

24-07-2022

1.2K

Bağlanılıb

Təsvir

Peşəkar Yetişdirmə Proqramı (PYP) Code Academy tərəfindən bootcamp metodu vasitəsilə ixtisaslaşmış kadrların formalaşdırılması məqsədilə həyata keçirilən xüsusi tədris proqramıdır. Proqram peşəkarların yeni bilik və bacarıqlar qazanaraq ixtisaslarını artırmalarına kömək etmək üçün yaradılıb.

Dövrün tələblərinə uyğun olaraq hazırlanan bu qısamüddətli və intensiv tədrisi bitirən iştirakçılar Code Academy tərəfindən ödənişsiz şəkildə təşkil olunan bootcamp-də iştirak edərək, işə qəbul zəmanəti əldə edirlər. 


15 nəfərdən ibarət qrupda 8 həftə, həftəiçi hər gün saat 09:00-dan 18:00-dək olmaqla Advanced Front-End proqramlaşdırmanı öyrənin və 2 ay sonra gəlirinizi artıraraq işə başlayın.


Peşəkar yetişdirmə proqramına qəbul üçün müsabiqə çərçivəsində iştirakçıların texniki bilikləri, yumşaq bacarıqları və ingilis dili biliyi qiymətləndirildikdən sonra yüksək nəticə göstərmiş şəxslər müsahibəyə dəvət olunacaqdır.


Bootcamp barədə ətraflı məlumat almaq üçün pyp.code.edu.az saytına daxil ola bilərsiniz.

 

Dərslər 08 avqust tarixində başlayır. Müraciət üçün son tarix 24 iyul, saat 23:59.

Tələblər

  • Proqramlaşdırma sahəsində ən az 1 il iş təcrübəsi olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları;
  • İngilis dilini ən az orta (B2) səviyyədə bilməsi.

Vakansiya haqqında

Son tarix

iyul 25, 2022

Paylaşılıb

iyul 24, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil