Code Academy
Ana səhifə
/
/
/
Proqramlaşdırma - Müəllim

Proqramlaşdırma - Müəllim

02-06-2022

1K

Bağlanılıb

Təsvir

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.


Müəllimin əsas iş öhdəlikləri bunlardır:


  • Tədris kurrikulumuna əsasən dərs keçmək;
  • Tələbələrin suallarını vaxtında cavablamaq;
  • Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
  • Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
  • Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər

Full-stack proqramlaşdırma tədrisi üzrə aşağıdakı biliklərin olması tələb olunur. ( Yalnız Front-End və ya Back-end tədrisi vermək istəyənlər də müraciət edə bilərlər):

  • Software Development Fundamentals;
  • Object Oriented Programming in C#;
  • Programming in HTML5 with JavaScript and CSS3;
  • Database Administration Fundamentals;
  • Developing ASP.Net Web Applications.


Əlavə olaraq aşağıdakıları bacarıqlar tələb olunur:

  • Proqramlaşdırma üzrə 3 il iş təcrübəsinin olması;
  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır.

Vakansiya haqqında

Son tarix

iyun 29, 2022

Paylaşılıb

iyun 2, 2022

Vakansiya növü

Yarım ştat

Kateqoriya

Təhsil