"Azərbaycan Hava Yolları" QSC

Təyyarə Bələdçisi

29-02-2024

58.1K

Bağlanılıb

Təsvir

Azərbaycan Hava Yolları QSC-nin Hava Gəmisində mövcud olan uçuş heyətini və müvafiq heyət standartlarını nəzərə alaraq vəzifə üzrə namizədlər dəyərləndiriləcək ( “xanım” namizədlərə üstünlük veriləcək).

 

Vəzifə Öhdəlikləri:


  • Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;    
  • Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
  • Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
  • Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
  • Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək

Tələblər


  • Vətəndaşlıq: AR vətəndaşı olmaq
  • Yaş: 20-35 yaşınadək (uyğun təcrübə olmadığı halda)
  • Yaş: maksimum 45 (uyğun təcrübə olduğu halda)
  • Boy: 160-180 (xanım namizədlər üçün)
  • Təhsil: minimum tam orta təhsil
  • Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti)
  • İngilis dili biliyi təsdiq edən beynəlxalq sertifikat mövcudluğu (IELTS, TOEFL və s.) üstünlük sayılır
  • Digər beynəlxalq dil bilikləri (Rus, Alman, Fransız və s.) üstünlük sayılır
  • Müştəri yönümlü xidmət mədəniyyəti
  • Ünsiyyət bacarıqları
  • Komandada çalışmaq bacarığı


Əlavə Qeydlər:


  • Təyyarə Bələdçisi vəzifəsi xüsusi xidməti geyimdən istifadə etmə tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçiləri təşkilatın təsdiq etdiyi geyim formasından istifadə qaydalarına uyğun davranmalıdır;
  • Təyyarə Bələdçisi vəzifəsi müxtəlif insanlar ilə ünsiyyəti tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçilərinin vücudunun görünən yerlərində xüsusi nişan, döymə, piercing və s. bənzər nişanların olması qəbul edilməzdir.

  

Seçim Mərhələləri:


  1. CV-lərin tələblərə uyğunluğunun yoxlanılması (CV-də qeyd olunan məlumatlara əsasən)
  2. Telefon müsahibəsi (CV-də qeyd olunan məlumatların dəqiqləşdirilməsi, dil biliklərinin dəyərləndirilməsi)
  3. Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
  4. Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki/Görünüş və s.)
  5. Dil bilikləri dəyərləndirilməsi
  6. Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
  7. İşə Qəbul və Təlimlər

Vakansiya haqqında

Son tarix

aprel 29, 2024

Paylaşılıb

fevral 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri