Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək qanunvericiliyə uyğun bank xidmətlərinin göstərilməsi;
Bankın müştəri bazasının formalaşdırılması və inkişafı;
Bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi;
Korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmət göstərilməsinin təmin edilməsi;
Müştərilərə bank hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması;
Pərakəndə və Korporativ bizneslər üzrə qeyri-kredit məhsulları və xidmətlərinin icrası ilə bağlı bütün əməliyyatların həyata keçirilməsi, o cümlədən Bankın əməliyyat sisteminə məlumatların daxil olunması və həmin əməliyyatları səlahiyyəti çərçivəsində avtorizasiya olunması;
Bankın müştəri məmnunluğunun artırılması məqsədini özünün əsas funksionallığı və hədəfi kimi qəbul etmək və bu istiqamətdə xidmət göstərmək.
Tələblər
Ali təhsil;
Korporativ müştərilərlə iş üzrə təcrübə;
Azərbaycan Respublikasının bank sahəsində qanunvericiliyinə bələd olma;
Komandada işləmək bacarığı;
Satış qabiliyyəti, müştərini inandırmaq bacarığı;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.
Qeyd: İşə qəbul zamanı COVID-19 vaksin sertifikatının olması mütləqdir.