Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
Media məsələlərinin idarəsində dəstək göstərilməsi;
Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idarə edilməsi;
Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla, Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materialların hazırlanmasında dəstək göstərilməsi;
Mətbuatın gündəlik izlənilməsi;
Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması.
Tələblər
Ali təhsil;
Azərbaycan dili və ingilis dili bilikləri yüksək səviyyədə, rus dili biliyi üstünlükdür;
Media ilə iş, jurnalistika və kommunikasiya sahəsində minimum 3-5 il iş təcrübəsi;
Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
Güclü kommunikasiya və təqdimat bacarığı;
MS Windows, MS Office, Internet – yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür).