Kontakt Home
Ana səhifə
/
/
/
Korporativ və topdan satış üzrə aparıcı mütəxəssis

Korporativ və topdan satış üzrə aparıcı mütəxəssis

15-03-2023

2.1K

Bağlanılıb

Təsvir

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Korporativ və topdan satış üzrə aparıcı mütəxəssis axtarılır.


  • Korporativ və topdan satış ilə bağlı əlaqələrin qurulması üçün bazar araşdırılmalarının aparılması və yeni əməkdaşlıqların qurulması;
  • Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
  • Korporativ və topdan satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
  • Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün işlərin görülməsi;
  • Ödəmələrin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
  • Sifarişlərin çatdırılma prosesinin nəzarətdə saxlanılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 1200-1500 AZN + bonus

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3-5 il təcrübə;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə;
  • Səlis azərbaycan və rus dilləri biliyi, ingilis dili biliyi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office);
  • Müştəriyönümlülük, məsuliyyətlilik, dəqiqlik;
  • Təqdim etmə bacarığı, ünsiyyət bacarığı;
  • Startup təcrübəsi arzu olunandır;
  • ERP sisteminin tətbiqində təcrübə arzu olunandır.

Vakansiya haqqında

Son tarix

aprel 9, 2023

Paylaşılıb

mart 15, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri