Kontakt Home
Ana səhifə
/
/
/
Mağaza rəhbərinin müavini - Olivia (Kosmetika və baxım)

Mağaza rəhbərinin müavini - Olivia (Kosmetika və baxım)

07-01-2024

12.1K

Bağlanılıb

Təsvir

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Mağaza idarəedilməsi üzrə icraçı (Müavin) axtarılır.


  • Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
  • Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.


İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş günləri: 6 iş günü, 1 gün istirahət.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq vəzifədə ən azı 1 il təcrübə;
  • Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office);
  • 1C proqramı ilə işləmə bacarığı arzu olunandır;
  • Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.


“Olivia” Beauty & Care haqqında:


“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb.

Vakansiya haqqında

Son tarix

yanvar 30, 2024

Paylaşılıb

yanvar 7, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə