Kontakt Home
Ana səhifə
/
/
/
Baş anbardar (Kosmetika və baxım məhsulları)

Baş anbardar (Kosmetika və baxım məhsulları)

06-07-2022

908

Bağlanılıb

Təsvir

  • Anbardaxili iş fəaliyyətinin təşkil edilməsi və fəaliyyətinə nəzarət edilməsi;
  • Anbarın idarə edilməsi üzrə təkliflərin hazırlanması;
  • Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması;
  • Anbara daxil olan yüklərin faktiki miqdarının, məhsulların vəziyyətinin yoxlanılması, qablaşdırılmasında zədələnmə, əzilmə halları aşkar olunduqda aktın tərtib edilməsi;
  • Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi;
  • Anbarda mütəmadi olaraq inventarizasiyaların təşkili, köhnəlmiş, zərər görmüş, istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması, aktlaşdırılması;
  • Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi;
  • Məhsulların mağaza, topdan, pərakəndə və korporativ sifarişlər üzrə yığılmasının, yoxlanılmasının və maşına yüklənməsinin təşkil edilməsi;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsinə, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət edilməsi.


İş şəraiti:

  • AR əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş günləri: I-VI günlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi - 2-3 ildən çox;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır;
  • Səlis Azərbaycan, orta səviyyədə Rus dili biliyi, İngilis dili biliyi arzu olunandır;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • 1C proqram biliyi arzu olunandır.

Vakansiya haqqında

Son tarix

avqust 14, 2022

Paylaşılıb

iyul 6, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat