Nisyə satış müqavilələrindən irəli gələn məhkəmə mübahisələri üzrə məhkəməyə qədər ilkin sənədləşmə işlərinin aparılması;
İddia ərizələrinin tərtib edilməsi və məhkəmələrə təqdim edilməsi;
Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
Məhkəmə aktları əsasında şikayətlərin verilməsi;
İcraatında olan məhkəmə mübahisələrinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.
Tələblər
Ali hüquq təhsili;
Minimum 3 il iş təcrübəsi (məhkəmə mübahisələri üzrə təcrübə arzu olunandır);
Məhkəmə sahəsində geniş təcrübə;
İnzibati və cinayət hüquq sahələrində müəyyən biliklərin olması arzuolunandır;
Mülki və Mülki prosessual hüquq sahələrində dərin nəzəri və praktiki biliklər;
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
Sürücülük vəsiqəsinin olması üstünlükdür;
Məsuliyyətlilik, ünsiyyətçilik, stresə davamlılıq və inkişafa meyillilik.