Kontakt Home

Art direktor

  • Kontakt Home
  • 55 Svetlana Məmmədova, Bakı, Azərbaycan
  • Tam ştat

30-01-2024

2.6K

Bağlanılıb

Təsvir

  • Şirkətdaxili dizayn komandasının idarə edilməsi, onların düzgün istiqamətdə yönləndirilməsi;
  • Departament və şöbələr tərəfindən verilən tapşırıqların düzgün təhlil edilməsi və icra edilməsi;
  • Şirkət tərəfindən aparılan marketinq kampaniyalarına həm yaradıcı, həm də görüntü tərəfindən tam dəstəyin verilməsi;
  • Şirkətin irəli sürdüyü dəyərlərin və strategiyanın düzgün və yaradıcı yollarla geniş kütləyə çatdırılması;
  • Şirkətin yaradıcı və dizayn istiqamətində çalışdığı üçüncü şirkətlərlə görüşlərin təşkili, onların təqdim etdikləri bütün növ materiallara nəzarətin aparılması;
  • Reklam çəkilişlərində iştirak və çəkilişin görüntü tərəfinin birbaşa nəzarətdə saxlanılması;
  • Mağazalarda olan marketing və brendinq yönümlü kommunikasiyalara nəzarət edilməsi və daimi olaraq bu istiqamətdə yaradıcı həllərin verilməsi.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.


Tələblər

  • Ali təhsil;
  • Art direktor və ya Dizayn rəhbəri vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili bilikləri üstünlükdür;
  • Proqram bilikləri: Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe XD (və ya Figma), Microsoft Power Point, Microsoft Word;
  • Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
  • İdarəçilik, qərarvermə və strateji düşünmə qabiliyyəti;
  • Dəqiqlik, məsuliyyət və dürüstlük.

Vakansiya haqqında

Son tarix

mart 10, 2024

Paylaşılıb

yanvar 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Marketinq və PR