Kontakt Home
Ana səhifə
/
/
/
Proqram təminatı üzrə aparıcı mütəxəssis (Senior Software Developer)

Proqram təminatı üzrə aparıcı mütəxəssis (Senior Software Developer)

  • Kontakt Home
  • Svetlana Məmmədova, Bakı, Azərbaycan
  • Tam ştat

29-04-2022

3.4K

Bağlanılıb

Təsvir

  • Genişləndirilə bilən korporativ proqram təminatının layihələndirilməsi və inkişafını təmin edilməsi (Şirkət daxili hazırlanmış ERP);
  • Yeni ERP modullarının hazırlanması, mövcud modulların dəstəklənməsi, digər proqramlarla inteqrasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Proqram təminatının yaradılması üzrə tam prosesin həyata keçirilməsi; 
  • İnformasiya ehtiyaclarını öyrənməklə biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodların yazılması və istifadəçilərlə müzakirələrin aparılması;
  • Sistemlərin işləməsi, məlumatların istifadəsi, iş prosesləri və problemli sahələrin araşdırılması.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
  • OOP dizaynı və inkişafının əsas prinsipləri, SOLID prinsipləri, Mikroservis Arxitektura nümunəsi üzrə biliklər;
  • ASP.NET MVC, .NET CORE, WCF, Entity Framework, Dapper və s. ilə korporativ proqram təminatının hazırlanmasında təcrübə;
  • ERP sistemində çalışma təcrübəsi;
  • Javascript/TypeScript ilə Front-end inkişafında təcrübə;
  • Məlumat strukturunun dizayn edilməsi, MS-SQL-də mürəkkəb sorğuları oxumaq və redaktə etmək bacarığı;
  • Səlis Azərbaycan dili biliyi, yaxşı səviyyədə İngilis dili biliyi;
  • Xamarin və Angular bilikləri üstünlükdür;
  • Komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

iyun 8, 2022

Paylaşılıb

aprel 29, 2022

Vakansiya növü

Tam ştat

Əmək haqqı

2000 - 3000 AZN

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik