Kontakt Home
Ana səhifə
/
/
/
İşə qəbul üzrə mütəxəssis (Recruiter)

İşə qəbul üzrə mütəxəssis (Recruiter)

22-10-2021

10.7K

Bağlanılıb

Təsvir

Vəzifə öhdəlikləri:


• Şirkətin brendini tanıtmaq və İR tədbirlərində şirkəti təmsil etmək. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkəti təmsil etmək;

• Mövcud vakansiyaları təhlil etmək, vakant vəzifələrə elan materialını hazırlamaq, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək;

• Daxil olan CV müraciətlərini vəzifə tələbləri üzrə əvvəlcədən yoxlamaq və potensial namizədləri siyahıya almaq;

• İşçi qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılmasını təmin etmək.

• İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatlar hazırlamaq;

• İşə götürmə agentlikləri ilə tərəfdaşlıq qurmaq. Talant bazarı ilə yaxından tanış olmaq;

• İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;

• Şirkətin namizəd bazasını yeniləmək və genişləndirmək.


Tələblər

• Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);

• İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;

• Həm daxili, həm də xarici talantların cəlb olunması vəzifəsində 1 ildən 3 ilə qədər təcrübə;

• CIPD, SHRM və digər sertifikatlar əlavə üstünlükdür;

• Səlis Azərbaycan və Rus dili biliyi;

• İngilis dili biliyi üstünlükdür;

• MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word);

• Güclü ünsiyyət bacarığı;

• Analitik düşünmə qabiliyyəti;

• Nəticə yönümlü.


İş şəraiti:


• İş günləri: I-V günlər;

• İş saatı: 09:00-18:00;

• Rəqabət qabiliyyətli əmək haqqı.

Vakansiya haqqında

Son tarix

noyabr 14, 2021

Paylaşılıb

oktyabr 22, 2021

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə